Əsas səhifəyə qayıt

HİMAYƏÇİLİK ŞURASI

 Himayəçilik Şurasının sədri

 

  Əlizadə Akif Ağamehdi oğlu 

         Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, AMEA-nın Geologiya İnstitutunun direktoru, AMEA-nın hə­qiqi üzvü, geologiya-mineralogiya elmləri doktorudur. Azər­­baycan Geoloqlarının Milli Komitəsinin prezidenti, Qaf­qaz re­gional idarələrarası stratiqrafik komissiyasının sədri, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatıdır. "Şöhrət" (2004), "Şərəf" (2008), “İstiqlal” (2014) ordenlərinə layiq gö­rülüb.

 

Himayəçilik Şurası üzvləri

 

Abdullayev Kamal Mehdi oğlu

          Azərbaycan Dillər Universitetinin rektoru, əməkdar elm xa­dimi, akademik, Azərbaycan Yaradıcılıq Fon­du­nun sədri, yazıçı, alim, ictimai xadimdir. Türk Dil Qurumu­nun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akade­mi­ya­sının həqiqi üzvü (akademiki), Rus PEN-klubunun üzvü, Mos­kva Şəhər Pedaqoji Universiteti (Rusiya Federasiyası) və Pol­ta­va İqtisadiyyat və Ticarət Universitetinin (Ukrayna) fəxri doktorudur.

 

Ələkbərov Urxan Kazım oğlu

 

        Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü­dür.  2013-cü ildə Azərbaycan Respublikasında elmin və təh­si­lin inkişafındakı xidmətlərinə görə  “Şöhrət” ordeni ilə təltif edilmişdir. BMT və UNESCO-nun "EuroMaB" təşkilatının "Təhsil və insan potensialının inkişafı" komitəsinin sədri və müşaviri kimi çalışır.

 

         Əmiraslanov Əhliman Tapdıq oğlu

            Millət vəkili, AMEA-nın həqiqi üzvüdür, AMEA-nın biologiya elmləri böl­mə­sinin akademik-katibi, cərrah-onkoloq, əməkdar elm xadi­mi. Azərbaycan Tibb Universiteti onkologiya kafedrasının müdiridir. UNESKO-nun "Bioetika, elmi biliklərin və texno­logi­yaların etikası" Komitəsinin Rəyasət Heyətinin üzvüdür.

                                                                                          .

Həsənli Sabir Hüseyn oğlu

 

   Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektorudur. Azərbaycanda ilk dəfə olaraq ilahiyyat elmləri üzrə alimlik dərəcəsi almışdır. "Simurq" Beynəlxalq Mədəniyyət assosiasiyasının vitse-prezidentidir. Azərbaycanda dini təhsilin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

  

Nemətov Azərpaşa Zəfər oğlu

            Azərbaycan teatr rejissoru, Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədridir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru.

 

        

Qafarova Sahibə Əli qızı 

       

           Filologiya elmləri doktoru, professor,  Bakı Slavyan Uni­versitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, IV çağırış  Azər­bay­can Respublikası  Milli Məclisinin  depu­ta­tı,  Azərbay­canın AŞPA-dakı nümayəndə heyətinin üzvüdür.

 

Qurbanlı Mübariz Qəhrəman oğlu

      Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin  deputatıdır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı­nın Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavinidir. Azərbaycan  Respublika­sının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunub.

 

Son xəbərlər