“Əxbar əl-Ədəb” qəzetinin baş redaktoru Bilik Fondunda oldu


Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikasının “Əxbar əl-Yaum” (Bu günün xəbərləri) xəbər agentliyində “Əxbar əl-Ədəb” (Ədəbiyyat xəbərləri) qəzetinin baş redaktoru Tarik ət-Tahir Hifni bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. Fondda qonağın iştirakı ilə dəyirmi masa təşkil edilib. Tədbirdə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri Əhməd Sami Elaydi, Bilik Fondunun əməkdaşları və jurnalistlər iştirak ediblər.

İcraçı direktor Oktay Səmədov Fond haqqında geniş məlumat verib. Sonra Tarik ət-Tahir Hifni Misirda çalışdığı media holdinq haqqında danışıb.

Qonaq tədbirdə iştirak edən jurnalistlərin suallarını cavablandırdıb, təkliflərini dinləyib. Tərəflər qarşılıqlı əməkdaşlıq haqqında razılığa gəliblər.

Tarix: 22.11.2016

Son xəbərlər