Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Bilik Fondunda olub


6 dekabr tarixində Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olmuşdur.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonağa Fondun fəaliyyəti barədə geniş məlumat vermiş, maarifləndirici layihələri barədə danışmış, əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı təkliflər irəli sürmüşdür. Ölkə başçısının Fərmanı ilə yaradılmış Bilik Fondunun fəaliyyətini yüksək dəyərləndirən Səfir hər iki təşkilat arasında əlaqələrin möhkəmlənməsinin vacibliyini vurğulamışdır. Beynəlxalq layihələr sektorunun müdiri Aqşin Rüstəmov və əməkdaşlarının iştirakı ilə keçirilmiş görüşdə Fond və Səfirliyin 2017-ci il üçün birgə tədbirlər planının hazırlanması qərara alınmışdır.    

Tarix: 06.12.2016

Son xəbərlər