Yaponiya və Ukrayna səfirliklərinin nümayəndələri Bilik Fondunda oldular


Fevralın 1-də Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət və ictimai əlaqələr üzrə rəhbəri Saki Uçidate Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda icraçı direktor Oktay Səmədov və Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənovla görüşüb. Qonağa Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib.
 
Tədbirdə Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Teruyuki Katorinin Fondun kollektivi ilə işgüzar görüşünün təşkili məsələləri müzakirə edilib.
 
Həmin gün Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin məsləhətçisi Aleksandr Sençenko da Bilik Fondunun qonağı olub.
 
Fondun icraçı direktoru Oktay Səmədovla və Beynəlxalq layihələr sektorunun əməkdaşları ilə keçirilən görüşdə səfirliklə Fond arasında imzalanmış Anlaşma Memorandumu üzrə birgə tədbirlərin təşkili məsələləri müzakirə edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 01.02.2018

Son xəbərlər