Bilik Fondunun təcrübəçiləri Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olublar.
 
Təcrübəçiləri Fondun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov və əməkdaşları müşayiət edib.
Mərkəzin müdiri, Səfirliyin mədəniyyət attaşesi Əhməd Sami Elaydi tələbələrə rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verib və təcrübəçilərin Misirin tarixi, mədəniyyəti, ölkəmizlə qarşılıqlı əlaqələri mövzusundakı suallarını ətraflı cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
 
Tarix: 29.03.2018

Son xəbərlər