Tələbələr Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində oldular


Azərbaycan Prezidenti yanında Bilik Fondu və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin müəllim və tələbə heyəti ilə görüş keçirilib.
 
Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri Əhməd Sami Elaydi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin yaranması və həyata keçirdiyi layihələr, Bilik Fondu ilə birgə təşkil olunan maarifləndirici tədbirlər barədə məlumat verib.
 
Sonra Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Pərviz Həmzəyev dəvət üçün Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbərliyinə və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fonduna öz təşəkkürünü bildirib.
 
Görüş zamanı birgə tədbirlər, müştərək sərgilər və müsabiqələrin keçirilməsi barədə təkliflər müzakirə olunub.
 
 
Azərbaycan Respubliaksının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 11.05.2018

Son xəbərlər