İsveçdə Azərbaycan multikulturalizminə həsr olunan tədbir oldu


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Fondun lektorlar qrupunun üzvü, Azərbaycan Respublikasının Alban-Udi Xristian İcmasının sədri, Bakı Dövlət Universiteti Geologiya fakültəsinin böyük elmi işçisi Robert Mobilinin İsveç Krallığında mühazirələri təşkil olunub.
 
R.Mobili İsveçin Bibliya Cəmiyyətinin təşkilatçılığı ilə avqustun 1-də Uppsala, avqustun 3-də isə Stokholm şəhərində “Azərbaycan multikulturalizmi udi timsalında: Qafqaz Albaniyasının xristianlıq təmsilçisi və dini müxtəliflik” mövzusunda mühazirələrlə çıxış edib.
 
Mühazirəçi çıxışında Azərbaycan xalqının tolerantlığı və tarixən ölkədə multikultural mühitin formalaşması, ölkəmizdə yaşayan bütün milli azlıqların, o cümlədən, udilərin mədəni inkişafından danışıb, ölkəmizdə hökm sürən multikultural həyat tərzi barədə faktlar əsasında fikirlər səsləndirib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 03.09.2018

Son xəbərlər