Bilik Fondu Astanada Cümhuriyyət tədbiri təşkil etdi


Sentyabrın 20-də Qazaxıstan Milli İncəsənət Universitetində “Cümhuriyyət dövrü ədəbiyyatı və onun təmsilçiləri” mövzusunda tədbir keçirilib.
 
Paytaxt Astana şəhərində keçirilən tədbirdə universitetin müəllim və tələbə kollektivi iştirak ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar qrupunun üzvü, dosent Pərvanə Məmmədli tədbirdə mühazirə ilə çıxış edərək, ölkəmizdə bütün sahələrdə yaşanan inkişafın təzahürlərindən danışıb.
 
Natiq qeyd edib ki, indiki Azərbaycan Şərqdə ilk demokratik respublika kimi tarixə düşən, cəmi iyirmi üç ay fəaliyyət göstərən Cümhuriyyətin hüquqi varisidir.
 
Məruzəçi milli dövlətimiz və vətənimizin tarixində silinməz izlər qoymuş Azərbaycan Cümhuriyyəti və o dövrün ədəbiyyatı haqqında maraqlı fikirlər söyləyib.
 
Mövzu ilə bağlı hazırlanmış videosüjet də iştirakçılar tərəfindən maraqla izlənilib.
 
Mühazirədən sonra P.Məmmədli dinləyicilərin suallarını cavablandırıb.
 
Qazaxıstan Milli İncəsənət Universitetinin müəllimi Ayman Asılbekova yekun çıxışında Bilik Fondunun xətti ilə təşkil olunan mühazirəyə görə alimə təşəkkürünü bildirib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 20.09.2018

Son xəbərlər