Üsküdar Universitetinin direktoru Bilik Fondunda oldu


Türkiyənin Üsküdar Universitetinin Beynəlxalq əlaqələr üzrə direktoru Emre Üçsular Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda icraçı direktor Oktay Səmədov və əməkdaşlarla görüşüb. Qonağa Bilik Fondunun fəaliyyəti və maarifləndirici layihələri barədə geniş məlumat verilib. Emre Uçsular təmsil etdiyi universitetdə təlim prosesi və tədris olunan müxtəlif ixtisaslar barədə məlumat verərək akademik heyətin Fondun maarifləndirici layihələrinə həvəslə qatıla biləcəyini vurğulayıb.
 
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədovanın iştirak etdiyi görüşdə universitet ilə Bilik Fondu arasında əməkdaşlığın mümkün perspektivləri müzakirə olunub.
 
 
 
Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 12.10.2018

Son xəbərlər