İstanbulda “Cümhuriyyət dövrü ədəbiyyatı" mövzusunda tədbir oldu


Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə İstanbul şəhərində fəaliyyət göstərən Türkiyə və Azərbaycan Platformunda “ Cümhuriyyət dövrü ədəbiyyatı və onun təmsilçiləri” mövzusunda tədbir keçirilib.
 
Platform üzvlərinin iştirakı ilə keçirilən tədbirdə Bilik Fondunun lektoru, dosent Pərvanə Məmmədli eyniadlı mühazirə ilə çıxış edib. Mühazirəçi Azərbaycanda aparılan quruculuq işləri ilə bağlı məlumat verdikdən sonra cəmi 23 ay yaşayan Xalq Cümhuriyyəti dövründə tariximizdə silinməz izlər qoymuş ədəbiyyat nümunələri haqqında danışıb.
 
Türkiyə və Azərbaycan Platformunun başqan yardımçısı Ömer Karabiber belə bir görüşün təşkilatçılarına minnətdarlığını bildirib, iki qardaş ölkənin hər gün inkişaf edən və möhkəmlənən münasibətlərindən söz açıb.
 
Sonda iştirakçıların sualları cavablandırılıb.
 
Azərbaycan Respublikasınn Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 23.10.2018

Son xəbərlər