Bilik Fondunun “Diplomatlar” klubunun sıraları genişlənir


Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları Bakı Dövlət Universitetində (BDU) Fondun “Diplomatlar” klubuna üzv olmaq üçün müraciət edən tələbələrlə görüş keçiriblər.

BDU-nun “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin fəal tələbələrinin iştirak etdikləri görüşdə Fondun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov və sektorun məsləhətçisi Ceyla Məmmədova təmsil etdikləri qurumun fəaliyyəti haqqında məlumat veriblər. Tədbirdə Fondun fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Fondun əməkdaşları “Diplomatlar” klubunun məqsədi, iş prinsipləri, qarşıya qoyulan vəzifələr və planlaşdırılan tədbirlər barədə dinləyiciləri bilgiləndiriblər.

Kluba üzv olmaq istəyən tələbələrə anketlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.


Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 16.11.2018

Son xəbərlər