Bilik Fondu ilə “Slavyane” Fondu arasında müqavilə imzalandı


Mayın 5-dən 7-dək Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Unuiversiteti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçiriləcək VI beynəlxalq elmi konfransda iştirak etmək üçün ölkəmizə gələn Rusiya və MDB xalqlarının Dostluq Federasiyasının, həmçinin “Slavyane” Fondunun sədri, professor Zaxar Zaxariyev Bilik Fondunun qonağı olub.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı qonağa geniş məlumat verib, il ərzində görülən işlərdən danışıb. O.Səmədov Fondun xarici əlaqələrinin genişləndiyini vurğulayıb və “Slavyane” Fondu ilə əməkdaşlıq etməyin zəruriliyini vurğulayıb. 
Professor Z. Zaxariyev öz növbəsində “Slavyane” Fondu barədə məlumat verib, Bilik Fondu ilə əməkdaşlıqdan məmnun qalacağına əminliyini qeyd edib. 
Görüşün sonunda “Slavyane” Fondu ilə Bilik Fondu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

 

 
Tarix: 04.05.2015

Son xəbərlər