İtaliyalı ekspertin iştirakı ilə videokonfrans keçirildi


Bilik Fondu İtaliyalı ekspert Sandro Tetinin iştirakı ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim Tədris Mərkəzi ilə birlikdə videokonfrans təşkil edib. “Beynəlxalq aləmdə Azərbaycana qarşı həyata keçirilən ikili standartlar siyasəti” mövzusunda videokonfransa Sumqayıt, Mingəçevir, Qəbələ, Lənkəran, Şamaxı, Gəncə və Bərdədən olan gənclər, yerli ziyalıların nümayəndələri qatılıblar. İtaliya ilə Azərbaycan arasındaki dostluq münasibətlərinin tarixindən bəhs edən Sandro Teti bu əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Ekspert İtaliya Azadlıq hərəkatında yerlilərimizin göstərdikləri qəhrəmanlıqlara görə bütün Azərbaycan xalqına təşəkkürünü bildirib və onların xatirəsinə həsr etdiyi kitabı konfrans iştirakçılarına təqdim edib. 
Tədbirə qatılanların çoxsaylı suallarına cavab olaraq ekspert Avropa İttifaqının Azərbaycanla bağlı qəbul etdiyi son qərəzli qətnamənin heç də bütün Avropa dövlətlərinin və onların əhalisinin mövqeyini əks etdirmədiyini bildirib.
S.Teti Bilik Fonduna geniş auditoriya ilə videokonfrans təşkil etdiyinə görə minnətdarlıq edib.

Tarix: 02.10.2015

Son xəbərlər