Almaniyalı alim "İlahi oyun" tamaşasında


Bilik Fondunun "Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində bir sıra ali məktəblərdə mühazirələrlə çıxış etmək üçün Azərbaycana dəvət olunmuş Almaniyanın Vürsburq Universitetinin professoru Ziqlinde Hartmann və Auqsburq Universiteti Alman filologiyası İnstitutunun əməkdaşı Janina Franzke Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "İlahi oyun" tamaşasını izləmiş, yaradıcı kollektivlə görüşmüş və tamaşadan xüsusi zövq aldıqlarını bildirmişlər.

Tarix: 12.10.2015

Son xəbərlər