Mədəniyyət və İncəsənət Universiteti və Xəzər Universitetində almaniyalı alimin mühazirəsi


Almaniyanın Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Bakıda səfərdədir. 
Professor Mədəniyyət və İncəsənət Universiteti və Xəzər Universitetində tələbə və müəllim kollektivi ilə görüşüb. Xanım Hartman tələbələrə “Alman ədəbiyyatında romantizm” mövzusunda ustad dərsi keçib, mühazirəni maraqla dinləyən tələbələrin suallarını cavablandırıb.

Tarix: 12.10.2015

Son xəbərlər