Bilik Fondu xarici əlaqələrini genişləndirir


Çex Respublikasının Mendel Universitetinin alimlərindən ibarət bir qrup Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.
Qonaqları salamlayan icraçı direktor Oktay Səmədov Bilik Fondunun təhsil və maarifçılik istiqamətində beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrdən danışıb. O.Səmədov qonaqlara Praqada “Azərbaycanın geologiya elmi Çexiyada” layihəsi çərçivəsində təşkil olunmuş sərgi barədə də ətraflı məlumat verib. 
Səmimi qəbula görə təşəkkürünü bildirən Mendel Universitetinin regional inkişaf və beynəlxalq təhsil fakültəsinin dekanı professor Libor Qreqa təmsil etdiyi təhsil ocağı haqqında bilgi verib. Professor Bilik Fondu ilə Mendel Universiteti arasında təhsil sahəsində əməkdaşlığın mümkün variantları barədə təkliflərini səsləndirib.
Universitetin İqtisadiyyat və biznes fakültəsinin dekan müavini dosent Tomas Foltynek, təhsil üzrə ekspert Katerina Dolnik, Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri professor Azər Kərimov Çexiya və Azərbaycan alimlərinin, təhsil işçilərinin mübadiləsi, ikitərəfli elmi layihələrin həyata keçirilməsi barədə fikirlərini bildiriblər. Görüşdə birgə fəaliyyət planı haqqında qarşılıqlı təkliflər müzakirə olunub, təcrübə mübadiləsinin səmərəli nəticələr verəcəyinə əminlik ifadə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya Təminatı sektoru

Tarix: 14.10.2015

Son xəbərlər