Türkiyənin ölkəmizdəki səfiri Bilik Fondunun qonağı olub


Bu gün Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun Bilik Fondunda olub. Cənab səfiri salamlayan icraçı direktor Oktay Səmədov qonağı Fondun kollektivi ilə tanış edib, həyata keçirilən layihələr haqqında geniş məlumat verib.
Səfir İsmail Alper Coşkun tanışlıqdan məmnun olduğunu dilə gətirərək xalqlarımızın qədim qardaşlıq əlaqələrini və bu əlaqələrin tarixi köklərini xatırladıb. Gənc nəsli bu həqiqətlər barədə davamlı məlumatlandırmağın vacibliyini vurğulayıb. 
Səmimi mühitdə keçən görüşdə əməkdaşlığın mümkün perspektivləri müzakirə olunub.

Tarix: 05.11.2015

Son xəbərlər