Türkiyəli alim Bilik Fondunda


4 noyabr tarixində Türkiyənin İzmir Ege Universitetinin professoru Fikret Türkmen, türkoloq-alim Fidan Türkmen və tədqiqatçı Ferah Türker Bilik Fondunun qonağı olmuş, icraçı direktor Oktay Səmədovla və əməkdaşlarla fikir mübadiləsi aparmış, ““Kitabi-Dədə Qorqud” və Haynrix Fridrix fon Dits – 200” layihəsi çərçivəsində görülmüş işlərlə tanış olmuşlar. Qonaqlara Bilik Fondunun hədiyyələri təqdim olunmuşdur.

Tarix: 05.11.2015

Son xəbərlər