Türkiyəli rektor Bilik Fondu ilə əməkdaşlıqdan məmnundur


Prezident İlham Əliyevin 20 fevral 2015-ci il tarixli ““Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən silsilə tədbirlər keçirilir. 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Epos və etnos” Beynəlxalq Simpoziumunda iştirak etmək üçün Bakıda səfərdə olan Ardahan Universitetinin (Türkiyə) rektoru, professor Ramazan Korkmaz Bilik Fondunda olub. İcraçı direktor Oktay Səmədov Bilik Fondunun fəaliyyəti, həyata keçirilən layihələr haqqında ərtaflı məlumat verib. 
Maarifləndiricilik işinin əhəmiyyətini vurğulayan Ramazan Korkmaz Bilik Fondu ilə Ardahan Universiteti arasında qurula biləcək əlaqələrdən danışıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qonağa Bilik Fondunun hədiyyəsi təqdim edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 08.11.2015

Son xəbərlər