Moldova Elmlər Akademiyasının vitse-prezidenti Bilik Fondunda


Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ilə bağlı Azərbaycana səfər etmiş Moldova Elmlər Akademiyasının vitse-prezidenti, MEA-nın müxbir üzvü, professor İon Guceac və AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə Bilik Fondunun qonağı olublar. İcraçı direktor Oktay Səmədov və aparat rəhbəri İsaxan Vəliyevlə görüşən qonaqlara Fondun fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. 
Görüşdə Moldova Elmlər Akademiyası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb. Moldovalı alim Bilik Fondunda Azərbaycan Dövlət Televiziyasına müsahibə verib, AMEA-nın yubiley tədbirləri ilə bağlı təəssüratlarını bölüşüb.

Tarix: 10.11.2015

Son xəbərlər