Fransalı alimlər Azərbaycan Dillər Universitetində


20 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən “Müasir dövrdə fəlsəfənin statusu və tədrisinin problemləri” mövzusunda Beynəlxalq Elmi Konfransa dəvət olunmuş Fransanın Sofiya Antipolis Universitetinin departament rəhbəri Kristian Vallar Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və Fransız dili ixtisası üzrə təhsil alan tələbələrlə və müəllim heyəti ilə görüşmüş, “Fransada təhsil sisteminin özəllikləri” mövzusunda mühazirə demişdir.

 

Tarix: 20.11.2015

Son xəbərlər