Misirin Azərbaycandakı səfiri Bilik Fondunda oldu


21 oktyabrda Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Suzanne Mohamed Gamil Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub, rəhbərlik və əməkdaşlarla görüşüb. 

Səfirliyin Misir Mədəniyyət və Təhsil əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydinin iştirakı ilə keçirilmiş görüşdə səfirə Bilik Fondunun Mərkəzlə birgə təşkil etdiyi ərəb dili kursları, Misir mədəniyyətini nümayiş etdirən sərgilər barədə məlumat verilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb və səfirlik əməkdaşları üçün Bilik Fondu tərəfindən Azərbaycan dili üzrə təlimlərin təşkili məsələləri müzakirə olunub.

Tarix: 21.10.2016

Son xəbərlər