“Azərbaycan Ensiklopediyasına səyahət”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı nitqində maarifləndirmə sahəsində birgə fəaliyyəti genişləndirmək, elm və təhsilin əlaqələrini daha da gücləndirmək barədə tapşırıqlar verib. İl ərzində bu istiqamətdə AMEA-nın müxtəlif strukturları və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bir sıra birgə tədbirlər həyata keçirib.

Bilik Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Qubadlı, Zəngilan, Nardaran, Şuşa və Bakı məktəblilərinin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində alimlərlə “Azərbaycan Ensiklopediyasına səyahət” adlı görüşü keçirilib.

Müəllim və şagirdlərin iştirakı ilə təşkil olunmuş tədbirdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini professor Şaiq İbrahimov məktəblilərə Ensiklopediyanın yaranması, inkişaf tarixi və çapa hazırlanması haqqında ətraflı məlumat verib.

Məktəblilər Elmi Mərkəzlə yaxından tanış olublar.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla və professor Şaiq İbrahimov görüşün əhəmiyyətini və məktəblilərin marağını nəzərə alaraq, birgə fəaliyyətin daha da genişləndirilməsinin, belə tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıblar.

Sonda şagirdlərə müxtəlif kitablar hədiyyə olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 29.11.2016

Son xəbərlər