Bilik Fondunda Səlim Babullaoğlu ilə “İmzalı görüş”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “İmzalı görüş” layihəsi çərçivəsində şair, tərcüməçi Səlim Babullaoğlu ilə görüş keçirilib. Tədbirdə Bilik Fondunun əməkdaşları, Könüllülər Birliyinin üzvləri, ədəbiyyatsevər gənclər iştirak ediblər.

“İmzalı görüş” layihəsinin əsas məqsədi haqqında tədbir iştirakçılarına məlumat verən Fondun icraçı direktoru Oktay Səmədov gəncləri Səlim Babullaoğlunun yaradıcılığı ilə tanış edib.

Sonra şair yeni çapdan çıxmış “İlyas Göçmənin şəkil dəftəri” adlı kitabının ərsəyə gəlməsindən danışıb. Səmimi şəraitdə keçən görüşdə tədbir iştirakçıları onları maraqlandıran suallara cavab alıblar. Səlim Babullaoğlu gənclərə bir-birindən maraqlı şeirlərini oxuyub. Sonda müəllif imzalı kitablarını görüş iştirakçılarına hədiyyə edib.

Bilik Fondu “İmzalı görüş” layihəsi çərçivəsində 2015-ci ilin aprel ayından başlayaraq gənclərin mütaliəyə marağını stimullaşdırmaq üçün onları sevilən yazarlarla, şairlərlə görüşdürür. Çağdaş dövrün yazarları ilə keçirilən görüşlərdə onların əsərləri müzakirə olunur, müasir ədəbi proseslər barədə fikir mübadiləsi aparılır. “İmzalı görüş” layihəsi çərçivəsində Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas yazıçı-publisist Rəşad Məcid, Xalq yazıçısı Çingiz Abdullayev, uşaq yazarları Sevinc Nuruqızı, Aygün Bünyadzadə, Mehriban Nağıyeva ilə görüşlər keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 29.11.2016

Son xəbərlər