Suraxanıda Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilib


08 dekabr 2016-cı il tarixində Suraxanı rayonu şəhid Dilavər Məmmədzadə adına 232 saylı tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə məktəblilər tərəfindən Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən maraqlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib, daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Vidadi Rzayevin “Müasir Azərbaycan Ümummilli lider Heydər Əliyevin şah əsəridir” mövzusunda məruzəsi dinlənilib. 

Tədbirdə həmçinin Suraxanı rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının, Gənclər Təşkilatının və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri maraqlı çıxışlar ediblər.

Tarix: 08.12.2016

Son xəbərlər