Bilik Fondu “Sağlam həyat tərzinin təbliği” mövzusunda videokonfrans keçirdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, tibbi maarifləndirmə sahəsində silsilə tədbirlər həyata keçirilir. 

16.12.2016-cı il tarixində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron Hökumət” Təlim-Tədris Mərkəzində İSİM-in həkim-mütəxəssisi Nabil Seyidov və Fondun aparıcı məsləhətçisi Şəlalə İsmayılovanın iştirakı ilə “Sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici videokonfrans keçirilib.
Gəncə, Qəbələ, Lənkəran, Bərdə, Mingəçevir və Sumqayıtdan olan tibb işçiləri, valideynlər və şagirdlər videokonfransa onlayn formada qoşulublar. N.Seyidov videokonfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 16.12.2016

Son xəbərlər