Məktəblilər 20 yanvar şəhidlərinin anım mərasimini keçirdilər


Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun iştirakı və dəstəyilə şəhid Akif Abdullayev adına 211 nömrəli məktəbdə 117 nömrəli məktəbin şagirdlərinin də iştirakı ilə Qanlı Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.  Şagirdlərin ifasında 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib və şeirlər, həmçinin tarixi faktlar səsləndirilib. Sonra tədbir iştirakçıları “20 yanvar” abidə kompleksi və “Şəhidlər Xiyabanı”nı ziyarət edib, şəhidlərin məzarına qərənfil dəstələri qoyublar.

Tarix: 18.01.2017

Son xəbərlər