Bilik Fondu Pedaqoji Kolleclə Memorandum imzaladı


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollec arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qurumun gördüyü işlər, könüllülərin layihələrə cəlb olunması, tələbə və müəllimlərlə gələcək əməkdaşlığın mümkün formaları haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində, o cümlədən regionlarda azərbaycançılıq məfkurəsinin təbliğində, əhalinin maarifləndirilməsində, gənclərin bilik və bacarıqlarının təkmilləşdirilməsində, dil bilgilərinin artırılmasında tələbələrin, gənc müəllim və mütəxəssislərin Fondla birgə fəaliyyətinin qurulması vacibdir.

Pedaqoji Kollecin direktoru Qulu Novruzov Bilik Fondunun layihələrini izlədiyini vurğulayaraq, maarifləndirmə sahəsində həyata keçirilən layihələrə rəhbərlik etdiyi qocaman təhsil ocağının da qatılacağına əmin olduğunu deyib.  

Tədbirdə tələbə və müəllim kollektivinə Bilik Fondunun yaranması, məqsəd və vəzifələri, həyata keçirdiyi layihələr haqqında film nümayiş olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 25.01.2017

Son xəbərlər