Cocuq Mərcanlı məktəbinin kitabxanasını Bilik Fondu təmin edəcək


Azərbaycan Respublikasının Prezident İlham Əliyevin imzaladığı "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncam Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda böyük coşqu ilə qarşılanıb.

Sərnacamda deyilir: "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın".

 Artıq cəbrayıllılar böyük qayıdışa hazırlaşırlar. Bilik Fondu da böyük qayıdışa töhfə verməyə hazırdır.  Bilik Fondu Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə Cocuq Mərcanlıda tikiləcək məktəbin kitabxanasına 500 kitab hədiyyə edir. Kitablar hazırda Bilik Fondunun kitabxanasındadır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

 

Tarix: 27.01.2017

Son xəbərlər