"Multikulturalizm və İslam Həmrəyliyi"


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə mart 9-da Bakı şəhəri Suraxanı rayonu 232 nömrəli orta məktəbdə "Multikulturalizm və İslam Həmrəyliyi" mövzusunda tədbir keçirilib.

Məktəbin direktoru Məhluqə Əzizovanın giriş nitqi ilə açdığı tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitika şöbəsinin müdiri Rəşadn İlyasov yuxarı sinif şagirdlərinə və müəllim kollektivinə mühazirə oxuyub.
 
Mühazirəçinin multikulturalizm mövzusunda verilən sualları aydın və ətraflı şəkildə cavablandırmasından sonra məktəbin rəqs qrupu müxtəlif dünya xalqlarının rəqslərini nümayiş etdiriblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 09.03.2017

Son xəbərlər