Polis rəisi narkomaniya və dini radikalizm əleyhinə mühazirə dedi


Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Kürdəmir rayon üzrə nümayəndəsi Vüqar Nəsirovun təşkilatçılığı ilə T.İsmayılov adına 1 saylı tam orta məktəbində rayon Polis Şöbəsinin rəisi, polis polkovniki İsmayıl Əsədovun məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri ilə Narkomaniyanın fəsadları və Dini radikalizm" mövzusunda görüşü keçirilib.

Görüşdə narkomaniyanın və dini radikalizmin insan, cəmiyyət, ölkə və bütün bəşəriyyətin həyatında ağır faciələrə səbəb olduğundan söhbət açılıb, gənclərin bu bəladan uzaq dayanmalarının yolları göstərilib.
 
Polis polkovniki İ.Əsədov müəllim və şagirdləri maraqlandıran sualları cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 04.03.2017

Son xəbərlər