Bilik Fondu intellektual viktorina keçirdi


Martın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu rayonu 80, 309, 67 və Xəzər rayonu 124, 181, 323 nömrəli tam orta məktəblərin 4-cü sinif şagirdləri arasında “Bilik yarışı” intellektual viktorina keçirilib.

80 nömrəli məktəbin ev sahibliyi etdiyi viktorinanı giriş sözü ilə həmin təhsil ocağının direktoru Əlislam Abasquliyev açaraq, təşkilatçı quruma təşəkkürünü bildirib.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, layihə rəhbəri Ülviyyə Aslanova iştirakçılara viktorinanın şərtləri barədə məlumat verdikdən sonra yarışmaya start verilib.

Bilik Fondu əməkdaşları Almaz Axundovaİslam İslamzadənin moderatoru olduğu 3 turdan ibarət viktorina gərgin bilik mübarizəsi səviyyəsində keçib. Nəticədə 80 nömrəli tam orta məktəbin komandası qalib gəlib. Qalibə medal, iştirakçılara diplomlar təqdim olunub. 

Tarix: 14.03.2017

Son xəbərlər