“Heydər Əliyev və Azərbaycan mətbuatı” – Bilik Fondu Şəmkirdə mühazirə təşkil etdi


Ölkəmizdə bütün sahələrdə olduğu kimi mətbuat sahəsinin inkişafında da Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu öndər hakimiyyətdə olduğu müddətdə Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə bölgələrdə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda silsilə mühazirələr təşkil edib.
 
Şəmkir rayonunda Heydər Əliyev Mərkəzində Bilik Fondunun təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə millət vəkili Sona Əliyeva, Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı, bölgənin media təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərkəzlə tanışlıqdan sonra millət vəkili Sona Əliyeva qonaqları salamlayıb, ulu öndərin mətbuatla bağlı fəaliyyətindən söhbət açıb. Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Fondun bu yöndə gördüyü işlərdən, keçirdiyi tədbirlərdən bəhs edib, ulu öndərin Azərbaycan mətbuat tarixindəki rolundan danışıb.
 
Sonra “525-ci qəzet”in baş redaktoru yazıçı-publisist Rəşad Məcid “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə ilə çıxış edib. qeyd edilib ki, müstəqillik illərində Azərbaycan mətbuatının formalaşması, mükəmməl qanunvericilik bazasının yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dövründə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda senzura ləğv olunub, mətbuata dövlət dəstəyinin əsası qoyulub.
 
Rəşad Məcidin “Heydər Əliyev və Azərbaycan mətbuatı” adlı mühazirəsindən sonra tədbir müzakirə formasında davam edib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 05.05.2017

Son xəbərlər