Jurnalist olmaq istəyən abituriyentlər üçün kurslar təşkil ediləcək


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu TQDK-nın tərəfdaşlığı ilə “İlboyu bilik” proqramı üzrə “Yazmağı bacaracaqsan” layihəsi çərçivəsində jurnalist ixtisası almaq istəyən abituriyentlərə ödənişsiz kurslar təşkil edir.

Kurslarda abituriyentlərə qabiliyyət imtahanlarında uğur qazanmaları üçün esse yazmaq bacarıqları və vərdişləri aşılanacaq.

Bakıda və regionlarda keçiriləcək təlimlərə ali məktəblərin jurnalistika fakültələrində dərs deyən müəllimlər və təcrübəli jurnalistlər cəlb olunacaq.

Tarix: 30.03.2015

Son xəbərlər