“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri arasında müsabiqə keçirildi


Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Tədbirlər planının 12-ci bəndinə əsasən və 28 May – Respublika Günü münasibətilə “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri arasında intellektual müsabiqə keçirilib.
 
Müsabiqənin şərtlərinə əsasən, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Universitetindən olan iştirakçı tələbələrin hər biri Ulu öndərin həyat və yaradıcılığından bəhs edən 10 dəqiqəlik slayd nümayiş etdiriblər.
 
Tədbirdə iştirak edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, aparat rəhbəri İsaxan Vəliyev, Beynəlxalq əlaqələr sektorunun müdiri Aqşin Rüstəmov, Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, münsiflər heyətinin üzvü AMEA Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin əməkdaşı, Leyla Hüseynova, YAP Gənclər Birliyinin beynəlxalq əlaqələr üzrə koordinatoru Aytən Hüseynova çıxış edərək müsabiqə iştirakçılarına dəyərli tövsiyələrini veriblər.
 
Müsabiqədə Azərbaycan Universitetinin komandası birinci yer, Bakı Qızlar Universitetinin komandası ikinci yer, Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası üçüncü yerə layiq görülüb.
 
Yekunda qalib komandalar Bilik Fondu tərəfindən mükafatlandırılıblar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondun İnformasiya təminatı sektoru
Tarix: 24.05.2017

Son xəbərlər