Bilik Fondu Suraxanı rayonunda silsilə mühazirələr keçirir


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyyəti Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş “Azərbaycan Dövlətinin dini dəyərlərə qayğısı” mövzusunda birgə mühazirə təşkil ediblər.
 
Suraxanı rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri Suraxanı Rayon İcra Hakmiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov açaraq qonaqları salamlayıb. Natiq “İslam Həmrəyliyi ili” çərçivəsində görülən maarifləndirici tədbirlərin mahiyyətindən söhbət açıb.
 
Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Azərbaycan dövlətinin dini dəyərlərə qayğısı” mövzusunda məruzə ilə çıxış edib. Nahid Məmmədov məruzəsində İslamın humanist dəyərlərindən danışaraq, müasir dünyada din adı altında törədilən vandalizmin islami dəyərlərlə ziddiyyət təşkil etdiyini qeyd edib. Azərbaycanda heç bir dini etiqada ayrıseçkiliyin olmadığını vurğulayıb. Natiq xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda məshəblər arasında dini müstəvidə hər hansı bir münaqişə yoxdur, bütün təriqətlər, etiqadlar, məshəblərin tolerant şəraitdə birgəyaşayışı Azərbaycan dövləti tərəfindən təmin edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı Elvin Hətəmov 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətini vurğulayaraq, Prezident İlham Əliyevin “Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq" fikirini əsas gətirib.
 
Tədbir müzakirələrlə başa çatıb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Suraxanı rayonunda təşkil etdiyi silsilə mühazirələr iyul ayın 10-na qədər davam edəcək.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 05.07.2017

Son xəbərlər