Suraxanı rayonunda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş daha bir mühazirə


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Suraxanı Rayon İcra Hakimiyyyətinin birgə təşkilatçılığı ilə Suraxanı Rayonu Hövsan qəsəbəsi 281 nömrəli tam orta məktəbində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş “Müasir Azərbaycan tarixinin Heydər Əliyev səhifəsi” mövzusunda mühazirə təşkil edilib.
 
Tədbirdə Bilik Fondunun, AMEA-nın Qafqazşünaslıq institutunun, Suraxanı Rayon İcra Hakimiytyətinin əməkdaşları və Hövsan qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Suraxanı Rayon İcra Hakmiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşid Məmmədov qonaqları salamladıqdan və mövzunun aktuallığı barədə məlumat verdikdən sonra Bilik Fondunun əməkdaşı Elvin Hətəmov çıxış edərək, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən söz açıb, Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.
 
Tədbirdə AMEA-nın Qafqazşünaslıq institutunun Şimali Qafqaz şöbəsinin müdiri Vasif Qafarov “Müasir Azərbaycan tarixinin Heydər Əliyev səhifəsi” mövzusunda məruzə ilə çıxış edib. Mərzuzəçi bildirib ki, Ulu öndər Heydər Əliyevin sovet zamanı Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi hər bir islahat gələcəyə hesablanmışdı. Bunun nəticəsində müasir Azərbaycanın qurucusu kimi, dəqiq hədəflərə doğru irəliləyə, bir lider kimi xalqı arxasınca apara bildi.
 
V.Qafarov məruzsəində müasir Azərbaycan tarixinin bütün səhifələrinin məhz Heydər Əliyev düşüncəsinin və əməlinin məhsulu olduğunu tutarlı dəlil və arqumentlərlə diqqətə çatdırıb. Tədbir iştirakçıları məruzəni maraqla qarşılayıb və natiqə suallar ünvanlayıblar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Suraxanı rayonunda təşkil etdiyi silsilə mühazirələr iyul ayın 10-na qədər davam edəcək.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 06.07.2017

Son xəbərlər