Bilik Fondunun ərəb dili kursunu bitirənlərə sertifikatlar verildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nizamnaməsinə uyğun olaraq, həm Fondun özündə, həm də bölgələrdəki Bilik evlərində müxtəlif təlim kursları təşkil edir.
 
 
Bir illik ərəb dili kurslarını bitirən müdavimlərə bu gün Bilik Fondunda sertifikatlar təqdim edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə 2016-2017-ci tədris ili müddətində fəaliyyət göstərən “Ərəb dili” üzrə ödənişsiz təlim kursunu başa çatdıran dinləyicilər Bilik Fondunun rəhbərliyi qarşısında öz müəllimlərinə imtahan veriblər.
Kurs dinləyicilərinin bilikləri yoxlandıqdan sonra onlar Fond və Mərkəz tərəfindən sertifikatlar təqdim olunub.
 
İmtahanın gedişatında iştirak edən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi dinləyicilərin dil səviyyəsindən razı qaldığını bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov kursun ərəb dilini uğurla mənimsəyən ilk dinləyicilərindən razılığını bildirib. O.Səmədov kursun ilk buraxılışını təbrik etdikdən sonra dinləyicilərə ərəb dilini öyrədən ADU və Bakı Avraasiya Universitetində ərəb dili üzrə baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynovaya Bilik Fondu ilə əməkdaşlıqda və fəaliyyətində uğurlar arzulayıb
.
Bilik Fondunun təmənnasız dil kursları dərsləri sentyabr ayından öz işini davam etdirəcək.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 11.07.2017

Son xəbərlər