“Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi”


Binəqədi Rayon İcra Hakimiyyətində “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda “Məlumat saatı” keçirilib. Məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, təhsil işçiləri, ASAN Könüllüləri və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak ediblər. Tədbiri YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov açaraq mövzunun əhəmiyyətini vurğulayıb. Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Binəqədi rayonunda məlumat saatının ənənəvi olaraq Bilik Fondu ilə birgə keçirildiyini vurğulayıb və qarşılıqlı əməkdaşlığın davamlı olacağını bildirib.
 
Professor Misir Mərdanov Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini xatırladaraq Azərbaycanda təhsil sahəsinə həmişə diqqət və qayğı göstərildiyini deyib. Ulu öndər demişdir: “Təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu həssaslığı ulu öndərimiz SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən və ölkəmiz müstəqillik qazandıqdan sonra da göstərmişdir. Bunu onun təhsil sahəsindəki xidmətləri də sübut edir. Azərbaycan müstəqil olduqdan sonra da təhsildə əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması ilə bağlı ciddi işlər görülməyə başlandı”.
 
Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını vurğulayan natiq təhsilin normativ hüquqi bazasının təkmilləşdirildiyini, maddi-texniki təminat istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirildiyini və təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb.
Məruzə ətrafında auditoriyanın sualları cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 07.09.2017

Son xəbərlər