Bilik Fondu kollec tələbələri üçün mühazirə təşkil edib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Tibbi maarifləndirmə” Proqramı çərçivəsində bir sıra idarə və müəssisələrdə təcrübəli və peşəkar mütəxəssislərin gənclərlə görüşlərini, sağlam həyat tərzinin təbliği istiqamətində tibb işçilərinin mühazirə və təlimlərini təşkil edir.
 
3 oktyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində Biləcəri Mərkəzi Dəmiryolu Xəstəxanasının həkimi Nərmin Abdullayevanın “Qızların yetkinlik dövründə üzləşdikləri fizioloji problemlər və onların həlli yolları” mövzusunda mühazirəsi keçirilib.
 
Kollecdə təhsil alan qızların qadın xəstəlikləri və onların müalicəsi, fizioloji problemlərin yeni texnologiyalardan istifadə etməklə aradan qaldırılması yolları barədə sualları ətraflı cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 03.10.2017

Son xəbərlər