Orta məktəbdə “Azərbaycanda alman izləri” mövzusunda mühazirə


Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbində Fondun lektorlar qrupunun üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədlinin “Azərbaycanda alman izləri” mövzusunda mühazirəsi olub.
 
Məktəbin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbir Fondun "Elmi marifləndirmə" proqramı çərçivəsində keçirilib.
 
 
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Süleymanova Bilik Fondunun fəaliyyəti barədə məlumat verərək, mühazirəçi alimi iştirakçılara təqdim edib.
 
P. Məmmədli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xatırladaraq, almanların ölkəmizə ilk səfərlərini tarixi baxımdan şərh edib, onların müxtəlif istiqamətlər üzrə mədəniyyət sahəsinə verdikləri töhfələrdən danışıb. Mühazirənin sonunda şagirdlərin sualları cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 17.10.2017

Son xəbərlər