Biznes universitetində mühazirə təşkil olundu


Bakı Biznes Universitetində (BBU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə BBU-nun birgə təşkilatçılığı ilə Dövlət bayrağı və Konstitusiya günlərinə həsr edilmiş “Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin hüquqi əsasıdır” mövzusunda maarifləndirici mühazirə təşkil edilmişdir.
 
Tədbiri giriş sözü ilə universitetin prorektoru Sabir Əmirxanov açaraq, belə mühazirələrin təşkilinin burada ənənə şəklini aldığını qeyd etmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev gənclərin hərtərəfli formalaşmasında belə tədbirlərin əhəmiyyətindən bəhs etmişdir. Milli Məclisin deputatı, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov “Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin hüquqi əsasıdır” mövzusunda mühazirə söyləmişdir. Mövzu ilə əlaqədar tələbələr tərəfindən verilən suallar ətraflı cavablandırılmışdır.
 
Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 07.11.2017

Son xəbərlər