“Tikinti qanunvericiliyi: tələblər və reallıqlar” – Suraxanıda mühazirə


Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Suraxanı Heydər Əliyev Mərkəzində “Tikinti qanunvericiliyi: tələblər və reallıqlar” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Suraxanı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov tədbiri giriş sözü ilə açaraq, ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması məqsədilə görülən işlərdən danışıb.

Azərbaycan Respublikası Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, Bilik Fondunun Hüquqi maarifləndirmə üzrə Koordinasiya Şurasının üzvü Səyyad Kərimov “Tikinti qanunvericiliyi: tələblər və reallıqlar” mövzusunda məruzə ilə çıxış edib. S.Kərimov məruzədən sonra iştirakçıların suallarını cavablandırıb.

Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla Fondun maarifləndirici layihələri barədə ətraflı məlumat verib, Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə maarifləndirici tədbirlərin gələcəkdə davam etdiriləcəyini bildirib. 

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 10.11.2017

Son xəbərlər