Bilik Fondu Binəqədi Rayon İcra Hakimiyyətində görüş təşkil etdi


Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mühazirəçisi Strateji Araşdırmalar Mərkəzi Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun Binəqədi rayon İcra başçısı Aparatının inzibati binasında rəsmi qurumların əməkdaşları ilə “Məlumat saatı” çərçivəsində görüşü keçirilib.

Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq, qonağı təqdim edib. 

A.Qurbanov görüş iştirakçılarına müəllifi olduğu “Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabı barəsində danışıb. Bilik Fondunun mühazirəçisi kitabda ermənilərin məkirli niyyətlərinin və cinayət xarakterli əməllərinin faktlarla əksni tapdığını bildirib.

Tədbirin sonunda “Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabı müəllifin imzasıyla iştirakçılara paylanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun Mətbuat xidməti

 

 

Tarix: 16.11.2017

Son xəbərlər