Hərbi Akademiyada “Milli dirçəlişdən qudrətli dövlətçiliyə doğru” mövzusunda tədbir keçirildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının birgə təşkilatçılığı ilə 17 noyabr – Milli Dirçəliş Gününə həsr edilmiş “Milli dirçəlişdən qudrətli dövlətçiliyə doğru” mövzusunda tədbir keçirilib.

Hərbi Akademiyanın inzibati binasında keçirlən tədbir Azəzrbaycanın Dövlət Himninin səslənməsi və xalqımızın milli dirçəlişini əks etdirən filmin nümayişi ilə başlayıb.

Akademiyanın rəisi general-leytenant Heydər Piriyev çıxışında rəhbərlik etdiyi qurumla Bilik Fondu arasında imzalanmış əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, belə maarifçilik mahiyyəti daşıyan konfrans, dəyirmi masa və mühazirələrin gələcəkdə də davam edəcəyini bildirib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyevin “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə aparan yol” mövzusunda məruzəsi dinlənilib. İ.Vəliyev ölkəmizdə dirçəlişin əsasının Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə qoyulduğunu faktlarla diqqətə çatdırıb, son 25 ildə milli dövlət quruculuğu prosesində əldə edilmiş nailiyyətlərdən söz açıb.

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə “Azərbaycan fəlsəfəsi və milli dirçəliş” mövzusunda mühazirə ilə çıxış edib və mili dirçəliş amilinin müxtəlif xalqların tarixində mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, bu prosesin fəlsəfi mahiyyətini geniş şəkildə şərh edib.

Məruzələrdən sonra Hərbi Akademiya zabitlərinin çoxsaylı sualları ətraflı cavablandırılıb.

Azərbaycan Respublikasının Przidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 17.11.2017

Son xəbərlər