"Azərbaycanda etnik multikulturalizmin əsasları” mövzusunda tədbir oldu


Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Milli Azərbaycan Tarixi Muzeyində növbəti tədbir keçirilib.
 
“Azərbaycanda etnik multikulturalizmin əsasları” mövzusunda keçirilən tədbirdə Azəri Tat Cəmiyyətinin, Dağ Yəhudiləri dini icmasının üzvləri, həmçinin Azərbaycan Universitetinin magistr pilləsinin tələbələri, H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin IX sinif şagirdləri və müəllimləri iştirak ediblər.
 
Muzeyin əməkdaşı təlsəfsə üzrə fəlsəfə doktoru Əli Fərhadov məruzsində Azərbaycanda yaşayan müxtəlif dini, etnik icmaların azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşərək, mehriban şəraitdə yaşamalarının elmi əsaslarını iştirakçıların diqqətinə çardırıb.
 
Daha sonra Azəri Tat Mədəniyyət Mərkəzinin üzvü, təlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Əliyev, Azərbaycan Dağ Yəhudiləri dini icmasının üzvü Avşalum Danilov öz icmalarının tarixi haqqında məlumat veriblər.
 
Tədbirdə muzeyin əməkdaşları da məruzə ilə çıxış ediblər. Fəlsəfə üzrə fəlsəf doktoru Fuad Ağayev rus icmasının tarixindən, Sara Əhmədova talışların tarixi və mədəniyyətindən, Zülfiyyə Cəlilova erməni yazıçısı Aleksandr Şirvanzadənin həyat və fəaliyyətindən bəhs ediblər.
H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər Liseyinin tarix müəllimi Sevil Nəsibova da bu kimi seminarların məktəblilərin maariflənməsinə xidmtə etdiyini söyləyib. Sonda iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 28.11.2017

Son xəbərlər