Bilik Fondu Milli Mətbuat Günü münasibətilə mühazirə təşkil edib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 22 iyul - Milli Mətbuat Günü münasibətilə “Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə təşkil edib.

Fonddan AZƏRTAC-a bildirilib ki, iyulun 10-da Lənkəran Tarix Diyarşünaslıq Muzeyində rayonun ziyalı xanımlarının iştirakı ilə keçirilən növbəti tədbirdə Bilik Fondunun lektoru, yazıçı-jurnalist Şəhla Aslan təmsil etdiyi qurum haqda ətraflı məlumat verdikdən sonra “Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan mətbuatı” mövzusunda geniş mühazirə oxuyub.

Lektor milli mətbuatımızın keçdiyi şərəfli yola nəzər salıb, Prezident İlham Əliyevin medianın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirləri xatırladıb. Ş.Aslan dövlət başçısının ölkəmizin inkişafı, cəmiyyətdə vətənpərvərlik ideyalarının möhkəmlənməsindəki xidmətlərinin media təmsilçiləri tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək internet medianın fəaliyyətinə də toxunub. O, Azərbaycanda internetin azad olduğunu vurğulayıb, internet medianın daha çox dildə fəaliyyət göstərməsi, daha çox ölkədə müxbir məntəqələrinin olmasını təqdirəlayiq hal sayıb.

Mühazirədə qeyd edilib ki, bu gün respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun tədricən gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması söz və mətbuat azadlığının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərin əldə olunması məhz Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir.

Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, diskussiya formasında davam edib.

Sonda Bilik Fonduna dair təkliflər səsləndirilib.

Tarix: 10.07.2018

Son xəbərlər