Füzuli məktəbliləri teatr tariximizlə tanış oldular


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə məktəblilər C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində olublar.

Fondun əməkdaşları əvvəlcə Bakının Binəqədi qəsəbəsində yerləşən Füzuli rayonu 48 saylı orta məktəbdə olublar. Məcburi köçkünlərin məskunlaşdığı yataqxananın ilk iki mərtəbəsində fəaliyyət göstərən məktəblə tanış olan Bilik Fondunun əməkdaşları şagirdlərin problemləri ilə maraqlanıblar. Direktor Şərafət Hacıyeva məkltəb barədə məlumat verib. Məlum olub ki, məktəb müasir standartlara uyğun tam yüksək səviyyədə fəaliyyət göstərə bilməsə də, şagirdlərin ali məktəblərə qəbul göstəriciləri ürəkaçandır. Bilik Fondu ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Ş. Hacıyeva birgə fəaliyyətin gələcək istiqamətləri üçün təkliflər səsləndirib.
Sonra məktəbin 9-10 - cu sinif şagirdlərindən ibarət qrup Bilik Fondunun əməkdaşları ilə birgə Teatr Muzeyinə yollanıb. Muzeydə məktəblilərə Azərbaycan dramaturgiyasına, musiqisinə və teatr mədəniyyətinə dair dəyərli məlumatlar verilib. Muzey gəzintisindən məmnun qalan şagirdlər belə tədbirlərin tez-tez keçirilməsini arzuladıqlarını bildiriblər. 
Bilik Fondu "İlboyu bilik" proqramı çərçivəsində vaxtaşırı məktəblilərin, tələbələrin muzeylərə, kitabxanalara və tarixi məkanlara səfərini təşkil edir. Məqsəd yeniyetmə və gənclərin dünyagörüşünün genişləndirilməsi, biliklərinin artırılmasıdır.

Tarix: 18.09.2015

Son xəbərlər