Bilik Fondu hüquqi maarifləndirmə tədbirlərini davam etdirir


Konstitusiya hüquqi dövlət quruculuğunun təminatıdır

Bilik Fondu əhalinin hüquqi maarifləndirilməsini davam etdirir

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bu il ərzində əhalinin hüquqi maarifləndirilməsi məqsədilə AMEA-nın tanınmış alimləri və tədqiqatçılarının, ali məktəb müəllimləri və təcrübəli hüquqşünasların ölkənin müxtəlif bölgələrində 30-dan çox mühazirə və təlimlərini təşkil edib. 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının 20 illiyinə və Dövlət Bayrağı gününə həsr olunmuş "Dövlət suverenliyinin əsas atributları" mövzusunda elmi-praktiki konfrans keçirilib. Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev konfransda Azərbaycanın dövlətçilik ənənələrindən, suverenliyin əsas atributlarından, həmçinin vətəndaşların konstitutsiya hüquqlarından danışıb. 
Oğuz Bilik Evində 9 noyabr Dövlət Bayrağı günü və 12 noyabr Konstitusiya günü münasibətilə Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və hüquq kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyevin "Azərbaycan Respublikasının Konstitusiyası – hüquqi dövlət quruculuğunun təminatı" mövzusunda mühazirəsi keçirilib. Tədbirdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Oğuz rayonu üzrə nümayəndə, E.Abdullayev adına 2 saylı tam orta məktəbin direktoru Anar Məcidov da iştirak ediblər.
Həmin gün Bilik Fondunun İnformasiya təminatı sektorunun təşkilatçılığı 
ilə Binəqədi qəsəbəsində yerləşən Füzuli rayonu 48 saylı tam orta məktəbdə təhsil alan bir qrup məktəbli Bayraq Meydanı Kompleksini ziyarət edib.
Dövlət Bayrağı Günü münasibəti ilə təşkil olunmuş tədbirdə məktəblilərə Azərbaycan Respublikasının dövlət atributları, tarixən ölkəmizin ərazisində yerləşən dövlətlərin bayraqları haqqında geniş məlumat verilib, dövlətçiliyimizin hüquqi təminatı olan konstitusiya barədə danışılıb. 
Bilik Fondu səfərdən məmnun qalan şagirdlərə bayraqlar hədiyyə edilib.
Bilik Fondu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin birgə təşkilatçılığı ilə Bakı Slavyan Universitetində də tədbir keçirilib. Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyevin "İnsan hüquqlarının müdafiəsində Konstitusiya Məhkəməsinin rolu" mövzusunda və Konstitusiya Məhkəməsi aparatının Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Nigar Dünyamalıyevanın "Konstitusiya və konstitusiya dəyərləri: Azərbaycanın hüquq sistemində onların rolu" mövzusunda mühazirələr deyiblər. Həmçinin Azərbaycan Turizm və Menecment Universitetində Konstitusiya Məhkəməsi aparatının Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Səbinə Babayevanın "Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri Azərbaycan Respublikası Konstitusiyasının əsaslarında" mövzusunda və AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Nazim Əliyevin "Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətləri" mövzusunda məruzələri dinlənilib. 
Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının 20 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin birgə təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini Şahin Rüstəmovun "Konstitusiya Məhkəməsinin yaranması və səlahiyyətləri" mövzusunda və Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərovun "Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan hüquq və azadlıqların müdafiəsinin məhkəmə təminatı" mövzusunda mühazirələri olub.

Bilik Fondu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə birgə daha bir tədbiri Sumqayıt Dövlət Universitetində təşkil edib. Tədbirdə Konstitusiya Məhkəməsinin hakimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Ceyhun Qaracayev "Azərbaycan Respublikası Konstitusiyasının dövlət quruculuğunda rolu" mövzusunda çıxış edib. Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Nağıyev iştirakçılara hüquqi dövlət quruculuğunun təminatı olan Konstitusiya barədə məlumat verib. Təmsil etdiyi qurumun fəaliyyətindən söhbət açan İsaxan Vəliyev "Bilik Fondu və ölkə əhalisinin hüquqi maarifləndirilməsi" mövzusunda məruzə edib. 
Bilik Fondu əhalinin hüquqi maarifləndirilməsini davam etdirir

Ramilə Qurbanlı, 
Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektorunun məsləhətçisi

Tarix: 12.11.2015

Son xəbərlər