Azərbaycan dilini öyrənən rusdilli dinləyicilər Heydər Əliyev Mərkəzində


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi üzrə Mixaylo-Arxangelski kilsəsində təlim keçən dinləyicilər Heydər Əliyev Mərkəzinə ekskursiyaya gediblər.
Bilik Fondu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə Rus pravoslav kilsələrində "Azərbaycan dilini öyrənirik" layihəsini həyata keçirir. 2014-cü il fevralın 19-dan start götürən layihəyə 300-dən artıq rusdilli dinləyici müraciət edib. Dinləyicilərə ödənişsiz olaraq Azərbaycan dili dərsləri keçilir.

Tarix: 30.11.2015

Son xəbərlər